- Offside
- 17:18 23.11.2024
Qazaxıstanda futbol çempionatı aprelin 15-dək dayandırılıb.
Corner.az-ın məlumatına görə, buna səbəb kimi koronavirus pandemiyası ilə əlaqədar profilaktik işlərin aparılması göstərilib. Ölkədə bu gündən bir aylıq fövqəladə vəziyyət rejimi qüvvəyə minib. Məqsəd əhalinin təhlükəsizliyinin təmin edilməsidir.
Oyunların yeni tarixi barədə qərar bir müddətdən sonra açıqlanacaq.
Qeyd edək ki, daha əvvəl qonşu ölkələrdən Gürcüstan və İranda da bütün idman tədbirləri dayandırılıb. Türkiyədə yarışlar azarkeşsiz keçdiyi halda, Rusiyada heç bir ciddi qadağa yoxdur.(report)