- Offside
- 17:18 23.11.2024
"Flamenqo"nun baş məşqçisi Jorji Jezuş koronavirusa yoluxub.
Corner.az-ın məlumatına görə, 66 yaşlı baş məşqçinin testi müsbət nəticə verib. Portuqaliyalı mütəxssis şəxsi "İnstagram" hesabından xəbəri təsdiqləsə də, hazırda özünü yaxşı hiss etdiyini bildirib: "Heç bir əlamət yoxdur, amma test müsbətdir. Buna görə karantində olacağam. İkinci testin nəticəsini gözləyəcəyəm".
Qeyd edək ki, dünyada bir neçə futbolçu və məşqçilərdə koronavirusa yoluxub.