- Offside
- 17:18 23.11.2024
Boks üzrə gənclər arasında Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Corner.az-ın məlumatına görə, Avropa Boks İttifaqı aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.
Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın 15 - 27 mayda təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.
Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.(report)