24 noyabr 2024. Bazar günü

Mane ölkəsinə yardım etdi - koronavirusa görə


  • Offside
  • 14:46 18.03.2020
  • Oxunma sayı: 392
Mane ölkəsinə yardım etdi - koronavirusa görə

"Liverpul"un hücumçusu Sadio Mane Seneqaldakı koronavirusla mübarizə təşkilatına yardım edib.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu epidemayinanın ölkəsində yayılmasının qarşısını almaq üçün sözügedən qruma 41 min funt sterlinq ödəyib.

Mane hazırda İngiltərədədir. O, məlum səbəblərdən ölkəsinə gedə bilməyib. Komanda məşqləri dayandırıldığı üçün fərdi bir proqramla məşğul olur.

Son məlumatlara görə, Seneqalda 27 nəfərin koronavirusa yoluxduğu bildirilir.

Qeyd edək ki, epidemiyanın sürətli yayılmasının ardından Premyer Liqa görüşləri təxirə salınıb.       







Offside