- Offside
- 23:30 04.12.2025
Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın USL liqasında fasilə müddəti uzadılıb.
Corner.az liqanın saytına istinadən xəbər verir ki, martın 13-dən qüvvədə olan fasilə mayın 10-a qədər uzadılıb. Buna ölkədə koronavirusa görə 50 və daha çox insanın birgə toplanmasına qadağa qoyulması səbəb olub.
Qeyd edək ki, R.Dadaşov USL təmsilçisi "Finiks Rayzinq"də çıxış edir.