- Offside
- 23:30 04.12.2025
Şahmatçımız Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya edib.
Corner.az xəbər verir ki, bu barədə o, öz "İnstagram" hesabı vasitəsilə məlumat paylaşıb. 33 yaşlı qrossmeyster artıq 8 gündür karantində olduğunu bildirib.
Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina etmişdi.