- Offside
- 17:18 23.11.2024
Braziliyanın "İnternasional" klubunun prezidenti Marselo Medeyrosda koronavirus əlamətləri aşkarlanıb.
Corner.az xəbər verir ki, bu barədə o, özünün "Twitter”dəki səhifəsində bildirib.
"Dostlar, mən testin nəticəsini aldım və o təsdiq edir ki, məndə COVID-19 var. Səhiyyə müəssisəsi tərəfindən göstərilmiş qaydalara əməl edərək növbəti iki həftə ərzində təcridetmədə olacağam. Ailə, dostlar və klubun başqa üzvləri artıq profilaktik tədbirlər görüb.
Mən son bir neçə gündə yüzlərlə təşəkkür məktubu almışam. Gəlin problemi sakit və birlikdə həll edək", - Medeyros sosial şəbəkədə yazıb.
COVID-19 infeksiyası ötən ilin sonunda Çində qeydə alınıb. Dünyada koronavirusa yoluxanların ümumi sayı 234 min nəfərə çatıb. Həmçinin 9 840 ölüm hadisəsi haqqında bildirilir.(report)