31 yanvar 2026. Şənbə

Fənərbaxça'nın oyunçularında koronavirus simptomları aşkarlandı


  • Offside
  • 15:01 21.03.2020
  • Oxunma sayı: 480
Fənərbaxça'nın oyunçularında koronavirus simptomları aşkarlandı

 "Fənərbaxça" klubunun basketbolçularında koronavirusun simptomları aşkarlanıb..

Corner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, basketbolçularla yanaşı texniki heyətin bəzi üzvlərinin də koronavirusa yoluxma ehtimalı var.

İlk olaraq klubun həkimləri həmin şəxslərə müdaxilə edib, daha sonra isə xəstəxanaya yönləndiriliblər. "Fənərbaxça" məsələ ilə bağlı ətraflı məlumatın veriləcəyini vurğulayıb. 

Qeyd edək ki, Türkiyədə 670 nəfər koronavirusa yoluxub, onlardan 9-u dünyasını dəyişib.







Offside