Batumi Olimpiadasında Ermənistan millisi ilə qarşılaşan Azərbaycan millisinin şahmatçısı Balacayeva Xanım rəqibini elə tələyə salıb ki, rəqibi bunu uzun illər unutmayacaq.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, fotodan göründüyü kimi qara fiqurların böyük üstünlüyü var və qalib gələcək, amma bir Xanım Balacayeva bunu düşünmür və öz vəzirini rəqib şahının önünə qoyur, əgər rəqibi vurarsa, oyun pat, yəni nəticə etibarilə heç-heçə yekunlaşacaq. Əgər vurmayacaqsa, mat olacaq. Oyun erməni şahmatçının üstünlüyünə rəğmən heç-heçə yekunlaşmalı olur.
Qeyd edək ki, bu kimi vəziyyətlər şahmatda çox nadir hallarda baş verir.