- Offside
- 23:46 19.03.2026
Yaponiya çempionatında koronavirus pandemiyası səbəbiylə yaranan fasilənin müddəti uzadılıb.
Corner.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Liqasının saytı məlumat yayıb.
Dünyada sürətlə yayılmaqda olan pandemiya səbəbiylə fevralın 25-dən yaranan fasilənin müddətinin artırıldığı və mayın 9-dək olan oyunların təxirə salındığı bildirilib.
Daha əvvəl çempionatın aprelin 3-dək dayandırılması qərara alınmışdı.