21 mart 2026. Şənbə

Marakana stadionu hospitala çevrildi


  • Offside
  • 15:20 26.03.2020
  • Oxunma sayı: 421
Marakana stadionu hospitala çevrildi

Dünyanın ən böyük stadionlarından olan “Marakana” koronavirusa yoluxmuş insanlar üçün sahə hospitalı kimi fəaliyyət göstərəcək.

Corner.az CNN-ə istinadən xəbər verir ki, Braziliya millisi, “Fluminense” və “Flamenqo”nun ev oyunlarını keçirdiyi Rio-de-Janeyrodakı arenada xəstələrə tibbi yardım göstəriləcək.

Xəstələrin stadiondakı otaqlarda yerləşdiriləcəyi, lazım gələrsə, arenanın meydançasından da istifadə olunacağı bildirilib.

Qeyd edək ki, 78 min tamaşaçı tutumuna malik olan “Marakana”da 2014-cü ildə dünya çempionatının final matçı, 2016-cı ildə isə Yay Olimpiya və Paralimpiya Oyunları keçirilib.(qol)







Offside