Batumi Olimpiadasında kişilərdən ibarət milli komandamız son turlarda nə qədər uğursuz çıxış etsə də, bu sözləri Teymur Rəcəbova aid etmək olmaz.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, o, milli komanda ilə əksər oyunlarını ikinci lövhədə davam etdirdi və 10 oyuna 7 xal qazanaraq milli komandanın məğlub olmayan yeganə şahmatçısı oldu.