İspaniya millisinin sabiq üzvü Xose Antonio Reyesin ölüm səbəbi açıqlanıb.
Corner.az "Cadena Ser" radiosuna istinadən xəbər verir ki, "Real Madrid" və "Arsenal"ın keçmiş futbolçusu yüksək sürətin qurbanı olub. Bu, aparılmış istintaq nəticəsində müəyyənləşib.
Bildirilib ki, Reyesin avtomobili saatda 187 km sürətlə hərəkət edərkən qəflətən maşının arxa sol təkəri partlayıb. Həmin təkəri qəzadan bir həftə öncə futbolçunun qohumu tərəfindən Medira şəhərində təmir etdiyi vurğulanıb.
Qeyd edək ki, Xose Antonio Reyes ötən il düşdüyü avtoqəzada əmisi oğlu ilə birlikdə ölüb.