24 noyabr 2024. Bazar günü

Millimizin üzvü karantindən evə buraxıldı


  • Offside
  • 17:18 03.04.2020
  • Oxunma sayı: 357
Millimizin üzvü karantindən evə buraxıldı

Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova karantindən evə buraxılıb.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən verilən məlumata görə, İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edən və ölkəyə qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan 35 yaşlı liberonun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

Artıq evinə qayıdan voleybolçu hər şeyin qaydasında olduğunu və hansısa problemin olmadığını bildirib: “Əziz dostlar, artıq evdəyəm. Bakıya qayıtdıqda Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürdülər və hazırkı duruma uyğun olaraq, karantinə alınacağımızı bildirdilər. Artıq karantin günlərim sona çatdı, hər şey qaydasında olduğuna görə məni evə buraxdılar. İsraildən Bakıya qayıtmağımda və bu çətin günlərdə məni tək qoymayan AVF-yə təşəkkür edirəm. Məlum səbəblərdən uçuşların dayandırılmasına və karantinə alınacağıma baxmayaraq, Bakıya gəlməyi qərar verdim. Azərbaycan mənim vətənimdir. Bu gün çox şadam ki, Bakıdayam və artıq öz evimdəyəm”.

Kərimova Azərbaycan xalqına və idmançılara da səslənib. O, hamını “Evdə qal, sağlam qal” kompaniyasına qoşulmağa dəvət edib: “Evdə olmağıma baxmayaraq, ölkəmizdə karantin davam edir. Bir vətəndaş kimi, mən də hökumətimizin verdiyi bütün qərarlara riayət etməyə çalışıram. Komanda yoldaşlarım başda olmaqla, hər kəsə səslənirəm: evdə qalın. Çünki bu virusa yalnız belə qalib gələ bilərik”.

Qeyd edək ki, Polşa "Radomka"sın çıxış edən yığmanın digət voleybolçusu Marqarita Əzizova da Bakıya gələndən sonra karantinə alınıb. (report)







Offside