5 dekabr 2025. Cümə

Serbiyalı futbolçu karantini pozdu, həbs olundu


  • Offside
  • 17:36 04.04.2020
  • Oxunma sayı: 388
Serbiyalı futbolçu karantini pozdu, həbs olundu

Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda çıxış edən futbolçu Aleksandar Priyoviç həbs olunub.

Corner “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı hücumçunun ölkəsi Serbiyadakı komendant saatı qaydalarını pozması olub.

Serbiyalı futbolçu yerli vaxtla 17:00-da Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə içki qəbul edib. Qaydanı pozan bütün şəxslər saxlanılaraq prokurorluğa çağırılıb.

Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif saatlarda küçəyə çıxmağı qadağan edib. 







Offside