- Offside
- 23:46 19.03.2026
Hazırda “Los-Anceles Qalaksi”də oynayan meksikalı futbolçusu Xavyer Ernandes (Çiçarito) koronavirus pandemiyası ilə bağlı fikirlərini bildirib.
Corner.az “Mediotempo” nəşrinə istindən xəbər verir ki, o, bu xəstəliyin yaratdığı indiki durumun sosial vəziyyətindən asılı olmayaraq, hamıya həyat xəbardarlığı olduğunu söyləyib: “Yüksək gəliri olan insanlar bundan dərs almalıdırlar. Təəccüblüdür ki, mənə bu qədər çox pul verirlər. Amma bu xəstəliyə əlac tapmağa, insanlara kömək etməyə çalışan həkimlər isə heç nə qazanmırlar.
Əlbəttə, narahatam. Məni ailəm, indiki gündəlik həyatım narahat edir. İndi bütün dünyaya kömək etmək üçün özünütəcrid bizim edə biləcəyimiz ən yaxşı şeydir”.
Qeyd edək ki, Çiçarito bu qış “Sevilya”dan ABŞ klubuna keçib. Onun transferi üçün 9 milyon avro təzminat ödənildiyi bildiirlir.