- Offside
- 23:46 19.03.2026
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi onlayn turnirdən kənarda qalan Azərbaycan şahmatçısı Teymur Rəcəbov başqa bir analoji yarışa qatılacaq.
Corner.az-ın məlumatına görə, 33 yaşlı qrossmeyster ispaniyalı Pepe Kuensanın dəvətini qəbul edib. 8 şahmatçının iştirak edəcəyi yarış bu gün start götürəcək. Olimpiya sistemi ilə keçiriləcək turnir 1/4 final mərhələsindən başlayacaq.

Rəcəbovun ilk sınağı Bakı vaxtı ilə saat 19:00-da İspaniya şahmatının parlayan ulduzu David Antona qarşı olacaq.

Qeyd edək ki, şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik görüşə çıxacaqlar. Oyunçular qarşılaşma zamanı danışa bilməzlər.