21 mart 2026. Şənbə

UFC daha 4 yarışı ləğv etdi


  • Offside
  • 12:06 21.04.2020
  • Oxunma sayı: 422
UFC daha 4 yarışı ləğv etdi

Mütləq Döyüş Çempionatı (UFC) 4 turniri ləğv edib.

Corner.az-ın UFC-nin rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.

Qurum ABŞ-ın Linkoln (25 aprel), Oklahoma Siti (2 may) və San-Dieqo şəhərlərindəki turnirləri, eləcə də Braziliyanın San-Paulu ( 9 may) şəhərindəki yarışı ləğv edib.

Daha öncə bildirilib ki, UFC 2020-ci ildə 42 turnir keçirə bilməsə, böyük məbləğdə itki ilə üzləşəcək.







Offside