21 mart 2026. Şənbə

Millimiz mövqeyini qorudu - Reytinq


  • Offside
  • 13:11 21.04.2020
  • Oxunma sayı: 410
Millimiz mövqeyini qorudu - Reytinq

FİVB yeni reytinq cədvəlini açıqlayıb.

Corner.az xəbər verir ki, qadın voleybolçularımızdan ibarət millimiz bundan əvvəlki reytinqlə müqayisədə mövqeyini qoruyub. Yığmamız 127 xalla 26-cı pillədə qərarlaşıb.

Siyahıya 391 xalla Çin başçılıq edir. ABŞ (382) ikinci, Braziliya (328) 3-cüdür.

Kişilərdən ibarət millimiz isə 101 xalla 58-ci pillədə qərarlaşıb.  Kişi komandaların siyahısında isə Braziliya (427) 1-ci, Polşa (384) 2-ci, ABŞ (365) 3-cüdür







Offside