- Offside
- 17:18 23.11.2024
Təxirə salınan yarışlar bərpa olunduqdan sonra idmançıların özlərini virusdan necə qoruya biləcəkləri açıqlanıb.
Corner.az-ın xarici KİV-ə istinadən məlumatına görə, alimlər idmançıların maska taxmaqla koronavirusa yoluxma riskini azalda biləcəklərini vurğulayıblar.
Şotlandiyanın Edinburq universitetinin professoru Rolend Kao bildirib ki, onlar bu yolla həm özlərini, həm də komanda yoldaşlarını qoruya bilərlər. Onun sözlərinə görə, maska vasitəsilə riski minimuma endirmək mümkündür.
Qeyd edək ki, bu gün məşqləri bərpa edən Avstriyanın "Zalsburq" klubunun bəzi futbolçuları meydançaya qoruyucu maska ilə çıxıblar.(report)