- Offside
- 17:18 23.11.2024
Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Chess.com saytının təşkilatçılığı ilə Onlayn Millətlər Kubokunda iştirak edəcək azərbaycanlı şahmatçının adı bəlli olub.
Corner.az-ın məlumatına görə, yarışda Teymur Rəcəbov da qüvvəsini sınayacaq.
35 yaşlı qrossmeyster 5 - 10 mayda keçiriləcək nüfuzlu turnirdə dünya yığmasının heyətində yer alacaq.
Qeyd edək ki, Onlayn Millətlər Kubokunda 6 komanda - Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünya yığması 180 000 ABŞ dolları məbləğində mükafat uğrunda mübarizə aparacaq. Hər komandanın heyətində ən azı bir qadın şahmatçı olacaq. Komandalar mayın 9-dək iki dövrəlik mübarizə aparacaqlar. Mayın 10-da isə Superfinal olacaq.
Komandaların tam heyəti bu gün dəqiqləşəcək.