- Offside
- 17:18 23.11.2024
Sloveniyanın “Olimpiya” klubunun hazırkı prezidenti Milan Mandariç transferlərdə çirkli pulların yuyulmasında ittiham olunur.
Corner.az xəbər verir ki, yerli mətbuat 82 yaşlı funksionerin 2016 - 2019-cu illərdə maliyyə və qazanc baxımından məntiqsiz transferlər həyata keçirdiyini iddia edir. Mətbuatda yazılanlara görə, "Olimpiya" bu vaxt ərzində şübhəli əməliyyatlara 3.5 milyon avro xərcləyib.
TeamSN nəşri vəziyyətin absurdluğunu izah edib. "Olimpiya"nın bosniyalı futbolçu Riyad Kubilyarı 2018-ci ilin fevralında 100 min avro qarşılığında "Zrinski" klubundan alanda 3 fərqli menecer şirkətinə 105 min avro ödəndiyi vurğulanıb. Başqa sözlə, menecerlərə ödəniş futbolçunun transfer məbləğindən çox olub.
Yarımmüdafiəçi Sloveniya təmsilçisinin heyətində rəsmi görüşlərdə yalnız 12 dəqiqə meydanda olub, sonra azad agent kimi klubu tərk edib.
Qeyd edək ki, Milan Mandariç Fransanın "Nitsa", "Şarlerua" və İngiltərənin "Portsmut", "Lester" və 2014-cü ildə azərbaycanlı iş adamı Hafiz Məmmədova satışı baş tutmayan "Şeffild Uensdey" klublarının prezidenti olub