- Offside
- 21:15 30.01.2025
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlərlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub. O, fəaliyyətini Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti kimi davam etdirəcək. Faiq Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub. Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığmamız növbəti raunda vəsiqə qazana bilməyib.