- Offside
- 17:18 23.11.2024
Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson bildirib ki, dörd raund təkbətək xeyriyyə döyüşlərində iştirak etmək üçün rinqə qayıtmağı planlaşdırır.
Bu barədə Corner.az “The Sun”a istinadən xəbər verir.
"Mən bütün son həftəni yumruqlarım üzərində işlədim. Bu ağırdır, bədənim zədəlidir və çox ağrıyır. Mən məşq edirəm, rinqə çıxmağa çalışıram. Düşünürəm ki, bir neçə sərgi döyüşü keçirəcəm və forma yığacağam”, - Tayson deyib.
Sabiq idmançı qeyd edib ki, evsiz və narkotikdən asılı insanlara kömək üçün pul qazanmaq istəyir. (report)