24 noyabr 2024. Bazar günü

Federasiya prezidenti zorakılıqda ittiham olunur


  • Offside
  • 17:15 01.05.2020
  • Oxunma sayı: 345
Federasiya prezidenti zorakılıqda ittiham olunur

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart ölkədəki təlim-məşq mərkəzində son 5 ildə gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur. 

Corner.az-ın məlumatına görə, hadisə qurbanlarından biri "The Guardian"a açıqlama verib. O bildirib ki, mərkəzdə işləyən qadınlardan biri qızlara Dadu ləqəbli federasiya rəhbəri ilə cinsi əlaqədə olmaq üçün təzyiq göstərir. Buna razı olmayanlar mərkəzdən qovulur. 

Şahidlər federasiya prezidentinin belə futbolçulardan birini aborta məcbur etdiyini də açıqlayıb. Ən yaxşı gənc oyunçulardan biri isə 2018-ci ildə 17 yaşında ikən qızlığını itirib və abort etməli olub. 

Dadunun özü isə ittihamları rədd edib. O, heç vaxt federasiya və akademiya əməkdaşlarıdan özünə qarşı şikayətlərin edilmədiyini və seksual zorakılıq praktikasının mümkünsüz olduğunu vurğulayıb. 

Qeyd edək ki, İv Jan-Bartın həmyerliləri Donald Gerye və Soni Mustivar "Neftçi"də çıxış edir. (Report)







Offside