- Offside
- 17:18 23.11.2024
Braziliyalı sabiq futbolçu Ronaldinyonun Paraqvayda saxlanılma səbəbinə dair daha bir iddia ortaya atılıb.
Corner.az "Jornal de Brasília"ya istinadən verdiyi məlumata görə, bu, keçmiş hücumçunun digər kriminal əməli ilə əlaqədardır. Onun Braziliyanın Portu-Alleqridəki şəxsi mənzillərindən birini qeyri-qanuni azart oyunları üçün ayırdığı müəyyənləşib. Ronaldinyonun öz vətənində gizli geyminqə çevrildiyi üzə çıxıb.
Nəşrin ələ keçirdiyi sənədlərdə Portu-Alleqridə gizlicə qeyri-qanuni oyunlar təşkil edən "Winpoker" təşkilatının "sambaçı"nın evinə qeydiyyata alındığı göstərilib. Bu səbəbdən, Paraqvaydakı həbsin qeyri-qanuni fəaliyyətlə bağlı olduğu güman edilir. Saxta pasport versiyasının Braziliya hökumətinin xahişi ilə açıqlandığı və bu yolla böyük qalmaqalın çıxmasının istənilmədiyi bildirilir.
Hazırda Ronaldinyo Paraqvayda ev dustaqlığındadır. O və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasport təqdim etdikləri üçün həbs olunublar. Aprelin 7-də Ronaldinyo girov qarşılığında həbsxanadan çıxıb. Beləliklə, eks-futbolçu "içəri"də bir ay keçirib.(report)