Bir müddət öncə xəstəxanaya yerləşdirilən və ürəyindən əməliyyat olunan Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov komadan ayılıb.
Corner.az-ın "360" telekanalına istinadən məlumatına görə, bu barədə onun yaxın dostu, idman şərhçisi Ramazan Rabadanov bildirib.
Rabadanov ata Nurməhəmmədovun vəziyyətinin hələ də ağır olduğunu əlavə edib.
Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov aprelin 26-da Dağıstanda xəstəxanaya yerləşdirilib.(report)