- Offside
- 13:25 24.11.2024
Beynəlxalq Həndbol Federasiyası (IHF) Şurası kişi və qadınlar arasında keçiriləcək dünya çempionatlarında komandaların sayını artırmaq qərarına gəlib.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, qərar IHF-nin Qətərin paytaxtı Dohada təşkil olunan Konqresində qəbul olunub. Dünya çempionatında iştirak edəcək komandaların sayı 24-dən 32-yə yüksəldilib.
Qeyd edək ki, bu qərar 2021-ci ildən qüvvəyə minəcək. Həmin il kişilər arasında dünya çempionatı Misirdə, qadınların mundialı isə İspaniyada keçiriləcək. Kişilər üçün əlamətdar yarış 1938-ci ildən, qadınlarda isə 1957-ci ildən bəri keçirilir.