21 mart 2026. Şənbə

Belarusda daha 2 futbolçuda koronavirus aşkarlandı


  • Offside
  • 18:57 21.05.2020
  • Oxunma sayı: 391
Belarusda daha 2 futbolçuda koronavirus aşkarlandı

Belarusun "Torpedo-BelAz" klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, qapıçı Vladimir Buşma və yarımmüdafiəçi Mixail Afanasyevdən götürülən testlərin nəticəsi müsbət çıxıb.

Onlarla yanaşı, elita təmsilçisinin daha 2 üzvü - Maksim Bordaçyov və Andrey Xaçaturyanın da virusa yoluxduğu ehtimal olunur.

Sözügedən futbolçular bu gün X turun "Neman"la matçında iştirak etməyəcəklər.

Qeyd edək ki, daha əvvəl yüksək və I liqa klublarının bəzi oyunçularında da koronavirus infeksiyası aşkarlanıb.(report)







Offside