- Offside
- 17:18 23.11.2024
Braziliya Futbol Konfederasiyası (CBF) 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürüb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərar koronavirus pandemiyasının törətdiyi fəsadlarla əlaqədar qəbul edilib.
Braziliya FİFA-ya böyük beynəlxalq turniri keçirmək üçün lazım olan maliyyə zəmanətini verə bilməyib. CBF Kolumbiyanın mundiala ev sahibliyi etməsi təklifini dəstəkləyib.
Dünya çempionatının ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.(report)