22 oktyabr 2024. Çərşənbə axşamı

Qadınlar arasında voleybol üzrə dünya çempionatı ilk dəfə iki ölkədə keçiriləcək


  • Offside
  • 11:10 13.01.2019
  • Oxunma sayı: 630
Qadınlar arasında voleybol üzrə dünya çempionatı ilk dəfə iki ölkədə keçiriləcək

Polşa və Niderland 2022-ci ildə qadınlar arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Corner.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) mətbuat xidməti məlumat yayıb.

Xidmətdən bildirilib ki, dünya çempionatına ev sahibliyi ilə bağlı güclü rəqabət prosesi olub. Niderland və Polşanın 2022-ci ildə qadınların arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi ilə bağlı müraciətinin ən yaxşı olması yekdil səslə qərara alınıb.

Voleybol üzrə dünya çempionatları dörd ildən bir keçirilir. Yarışlar heç vaxt iki ölkədə keçirilməyib.

Daha əvvəl məlum olub ki, 2022-ci ildə kişilər arasında voleybol üzrə dünya çempionatı Rusiyada keçiriləcək.







Offside