- Offside
- 19:12 05.12.2025
ABŞ-ın "Los-Anceles Leykers" klubunun əfsanəvi sabiq basketbolçusu Kobi Bryant ölümündən sonra nüfuzlu "Emmi" mükafatına layiq görülüb.
Corner.az-ın Televiziya Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mərhum idmançı şəhərin inkişafındakı rolu ilə əlaqədar təltif olunub. Mükafatın rəsmi təqdimetmə mərasimi iyulun 18-də gerçəkləşəcək.
Qeyd edək ki, Kobi Bryant yanvarda ABŞ-ın Kaliforniya ştatındakı Kalabasas şəhəri yaxınlığında öz helikopterinin qəzaya düşməsi nəticəsində vəfat edib. Onunla birgə göyərtədə olan qızı Cianna və daha 7 nəfər də dünyasını dəyişib.(report)