5 dekabr 2025. Cümə

Azərbaycan Qran-prisinin ləğv səbəbi açıqlandı


  • Offside
  • 12:40 12.06.2020
  • Oxunma sayı: 442
Azərbaycan Qran-prisinin ləğv səbəbi açıqlandı

"Formula 1"in rəsmi saytı Azərbaycan, Sinqapur və Yaponiya Qran-prilərinin ləğvinin səbəbini açıqlayıb.

Corner.az-ın məlumatına görə, bu addımın promouterlərin sözügedən ölkələrdə üzləşdiyi müxtəlif problemlərlə əlaqədar atıldığı bildirilib.

Qeyd olunub ki, Sinqapur və Azərbaycanda küçə traslarının qurulması uzun müddət tələb edir. Bu da qeyri-müəyyənlik dövründə tədbirlərin keçirilməsinə imkan vermir. Yaponiyada isə səyahət məhdudiyyətləri yarışın davam etdirilməməsi qərarına səbəb olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli olsa da, qeyri-müəyyən müddətədək təxirə salınmışdı. Bu gün isə yarışın ləğv olunduğu açıqlanıb.(report)







Offside