10 may 2026. Bazar günü

Kevin Durant futbol klubu sahiblərindən biri oldu


  • Offside
  • 16:50 16.06.2020
  • Oxunma sayı: 350
Kevin Durant futbol klubu sahiblərindən biri oldu

NBA-nın ulduzlarından olan Kevin Durant futbol klubunun sahiblərindən biri olub.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Bruklin Nets"in basketbolçu MLS təmsilçisi "Filadelfiya Union"un səhmlərinin 5 faizini alıb. Klub rəsmi "Tvitter" səhifəsi vasitəsi ilə məlumatı təsdiqləyib.

Durantın futbol klubundakı payı ən azı 16,25 milyon dollar qiymətləndirilir. Onun klubun səhmlərinin daha 5 faizinin almaq hüququ olduğu vurğulanıb.

Qeyd edək ki, "Filadelfiya Union" 2010-ci ildən MLS-də oynayır.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı