23 noyabr 2024. Şənbə

Azərbaycan karateçiləri Xorvatiyada 10 medal qazanıblar


  • Offside
  • 11:15 14.01.2019
  • Oxunma sayı: 633
Azərbaycan karateçiləri Xorvatiyada 10 medal qazanıblar

 Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandaları Xorvatiyanın Samobor şəhərində keçirilən Qran Pridə 10 medal qazanıb.

“Report” xəbər verir ki, əldə olunmuş mükafatlardan 4-ü qızıl, 1-i gümüş, 5-i isə bürünc olub. Katada Roman Heydərov 18 - 20 yaşlı gənclər və böyüklər arasında qalib olub. Ceyhun İsmayılov 16-17 yaşlılar arasında birinci yeri tutub.

Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, 57 kq) qızıl, Murad Hacızadə (18 - 20 yaşlı gənclər, +84 kq) gümüş medala yiyələnib. Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, 47 kq), Mədinə Sadıxova (16 - 18 yaşlı gənclər, 48 kq), Tural Yaqubov (16 - 18 yaşlı gənclər, 68 kq), Müseyib Məmmədov (18 - 20 yaşlı gənclər, 60 kq) və Emil Güləhmədov isə (18 - 20 yaşlı gənclər, 84 kq) bürünc mükafata layiq görülüblər.

Qeyd edək ki, Qran Pridə 23 ölkədən 1621 karateçi mübarizə aparıb. Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandaları 8 - 10 fevralda Danimarkanın Olborq şəhərində keçiriləcək Avropa çempionata gözləyir. 







Offside