- Offside
- 19:12 05.12.2025
ABŞ-ın MLS çempionatında çıxış edən "İnter Mayami" və "Atlanta Yunayted" klublarının futbolçularında koronavirus aşkarlanıb.
Corner.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, hər komandanın bir futbolçusununda test nəticəsi müsbət olub. Adları açıqlanmayan şəxslərdə xəstəlik əlamətləri olmayıb və onlar özlərini təcrid ediblər.
Qeyd edək ki, MLS çempionatı martda koronavirusa görə dayandırılıb, mövsümün iyulun 8-də bərpa ediləcəyi gözlənilir. İnter Mayami klubunun sahibi Devid Bekhemdi.