21 mart 2026. Şənbə

Daha bir oyunda koronavirus şoku


  • Offside
  • 11:16 19.06.2020
  • Oxunma sayı: 341
Daha bir oyunda koronavirus şoku

Monteneqroda koronavirus epidemiyasına yoluxmanın yeni dalğası başlanıb.

Corner.az-ın məlumatına görə, yoluxanların çoxu Serbiya Kubokunda "Partizan" və "Srvena Zvezda" arasında Belqradda keçirilmiş yarımfinal matçını izləyənlərdən ibarətdir. Podqoritsa Kliniki Mərkəzinin direktoru Yevto Yerakoviç 9 "idxal" halının baş verdiyini bildirərək, müəyyən şəxsləri məsuliyyətsiz davranışda ittiham edib.

Yoluxanlardan 7-si ötən həftə Belqrad derbisinə yollanmış şəxslərdir. Oyunu ümumilikdə 16 min nəfər izləyib. Görüş "Partizan"ın qələbəsi ilə yekunlaşıb - 1:0. 

Qeyd edək ki, indiyədək Monteneqroda koronavirusa 337 yoluxma, 9 ölüm faktı qeydə alınıb.(report)







Offside