- Offside
- 23:46 19.03.2026
Veloparkda keçirilmiş şose velosipedi üzrə Bakı birinciliyində xoşagəlməz hadisə yaşanıb.
Corner.az-ın məlumatına görə, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat katibi Pərviz Musayev şəxsi "Facebook" hesabında paylaşım edib.
Mətbuat katibi bildirib ki, gənclər/U23 kateqoriyasının yarışı zamanı Azərbaycan Milli Antidopinq Agentliyinin xanım əməkdaşı diqqətsizlik edərək velosipedçilərin yoluna çıxıb və nəticədə idmançılardan biri - İbad Abbasov yıxılaraq zədə alıb
Velosipedlərdən birinin raması çatlayıb, digərinin isə karbon qabaq təkəri əyilib.