21 mart 2026. Şənbə

Serbiya çempionun 5 futbolçusunda koronavirus aşkarlandı


  • Offside
  • 22:37 22.06.2020
  • Oxunma sayı: 343
Serbiya çempionun 5 futbolçusunda koronavirus aşkarlandı

Serbiyanın "Srvena Zvezda" klubunun 5 futbolçusu koronavirusa yoluxub. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Marko Qobelits, Neqos Petroviç, Dusan Yovançiç, Marko Konatar və Branko Yoviçdə virus aşkarlanıb. 

Oyunçular özlərini yaxşı hiss edirlər və bəzilərində xəstəliyin simptomları yoxdur. 

Qeyd edək ki, "Srvena Zvezda" 37-ci turda çempionluğunu rəsmiləşdirib.







Offside