- Offside
- 17:18 23.11.2024
Ermənistan I Liqasında danışılmış oyunlarla əlaqədar diskvalifikasiyaya məruz qalmış 58 nəfərdən 45-i futbol fəaliyyətindən ömürlük məhrum edilib.
Corner.az-ın məlumatına görə, cəzalı futbolçu, məşqçi və funksionerlərin 25-i Ukrayna vətəndaşıdır. Onların 20-si heç vaxt futbolla məşğul ola bilməzlər.
Siyahıdakılardan Yerevan "Lokomotiv"inin keçmiş baş məşqçisi Anatoli Piskovets ömürlük cəza ilə üzləşib. O, 2005-ci ildə Bakının "İnter" (hazırkı "Keşlə") və Zaqatalanın "Simurq" komandalarında məşqçi kimi fəaliyyət göstərib.
Yerevan "Torpedo"sunun futbolçusu kimi 1 illik cəzaya məruz qalan Miroslav Deda isə "Qarabağ"ın U-19 komandasında çıxış etmiş hücumçu Yaroslav Dedanın əkiz qardaşıdır.
Qeyd edək ki, cəzalı ukraynalılar sırasında "Lokomotiv"in faktiki sahibi, keçmiş baş məşqçisi və 10 futbolçusu, "Araqats"ın sahibi, baş məşqçisi və 3 futbolçusu, "Masis"in 5, "Torpedo"nun 3 futbolçusu yer alıb. (report)