24 noyabr 2024. Bazar günü

İngiltərə klubunun sabiq futbolçusu göldə batdı


  • Offside
  • 14:53 06.07.2020
  • Oxunma sayı: 419
İngiltərə klubunun sabiq futbolçusu göldə batdı

İngiltərənin "Notingem Forest" klubunun sabiq futbolçusu Derrik Otim bədbəxt hadisənin qurbanı olub.

Corner.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.

Son olaraq "Detroyt Siti"də çıxış etmiş ingiltərəli forvardın dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir.

Qeyd edək ki, son 25 ildə Keovi gölündə 32 insan boğulub. Bu səbəbdən 2018-ci ildə ona ən ölümcül göl adı verilib.







Offside