10 may 2026. Bazar günü

Məndə koronavirus yoxdur - Rüfət Dadaşov


  • Offside
  • 13:33 09.07.2020
  • Oxunma sayı: 358
Məndə koronavirus yoxdur - Rüfət Dadaşov

Azərbaycan millisinin və "Feniks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov koronavirusa yoluxmayıb.

Corner.az xəbər verir ki, bu barədə "Report"a təcrübəli hücumçunun özü məlumat verib.

29 yaşlı futbolçu bildirib ki, komanda yoldaşları arasında analizi müsbət çıxanlar olsa da, onun səhhəti ilə bağlı hər şey qaydasındadır: "Məndə koronavirus yoxdur. Özümü əla hiss edirəm. Hər şey yaxşıdır".

Qeyd edək ki, "Feniks Rayzinq" klubunun baş direktoru Bobbi Dall yerli mətbuata açıqlamasında komandanın daha 3 üzvündə koronavirus aşkarlandığını deyib. Lakin o, virusa yoluxanların adlarını açıqlamayıb.

Komanda məşqləri bərpa etdikdən sonra ümumilikdə 8 futbolçu koronavirusa yoluxub. Onlardan 5-i tam sağalaraq kollektivə qoşulub. Digər 3 oyunçunun müalicəsi isə davam edir.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı