Portuqaliyanın “Rio Ave” klubunun baş məşqçisi Karlos Karvalhal soyğuna məruz qalıb.
Corner.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis şəxsi sosial şəbəkə hesabında paylaşıb.
54 yaşlı mütəxəssis Braqadakı evinə qayıdarkən 3 nəfər qarşısını kəsib. Bu zaman Karvalhalın oğlu Xose Karlos da atasına köməyə gəlib. Nəticədə təcrübəli məşqçi kiçik xəsarətlərlə soyğunçuların əlindən xilas olmağı bacarıb. Karvalhal hazırda özünü yaxşı hiss etdiyini söyləyib. Braqa polisi hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, 2019-cu ildən “Rio Ave”ni çalışdıran Karlos Karvalhal karyerası ərzində “Suonsi Siti”, “Şeffild Uensdey”, “Başakşəhər”, “Beşiktaş”, “Sportinq” (Lissabon), “Maritimo”, “Asteras”, “Vitoriya”, “Braqa” kimi klublarını çalışdırıb.