10 may 2026. Bazar günü

Makedoniyalı futbolçu Azərbaycana dəstək oldu


  • Offside
  • 12:39 15.07.2020
  • Oxunma sayı: 356
Makedoniyalı futbolçu Azərbaycana dəstək oldu

"Qarabağ" klubunun sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək olub.

Corner.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi cəbhə bölgəsində baş verən hadisələrlə bağlı paylaşım edib.

4 qat Azərbaycan çempionu olan makedoniyalı futbolçu sosial şəbəkədə "Başın sağ olsun, Azərbaycan" həştəqini və üzərində "Qarabağ - Azərbaycandır!" yazılan fotonu paylaşıb.

Qeyd edək ki, Muarem Muarem son olaraq ölkəsinin "Şkupi" komandasında çıxış edib. O, 2012 - 2015-ci illərdə və 2016/2017 mövsümündə Ağdam təmsilçisinin formasını geyinib.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı