10 may 2026. Bazar günü

Neftçi'dən ayrılan futbolçudan Azərbaycana dəstək


  • Offside
  • 19:33 16.07.2020
  • Oxunma sayı: 398
Neftçi'dən ayrılan futbolçudan Azərbaycana dəstək

2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılan futbolçu Soni Mustivar son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələrə biganə qalmayıb.

Corner.az-ın məlumatına görə, haitili yarımmüdafiəçi şəxsi "Instagram" hesabı vasitəsilə ölkəmizə dəstəyini nümayiş etdirib.

"Bütün düşüncələrim və dualarım Azərbaycan və şəhid ailələri ilə birlikdədir", - 30 yaşlı oyunçu yazıb.

Qeyd edək ki, Soni Mustivar "Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı