21 mart 2026. Şənbə

Qurbanov qol vurdu, əsgər salamı verdi


  • Offside
  • 23:42 17.07.2020
  • Oxunma sayı: 398
Qurbanov qol vurdu, əsgər salamı verdi

Gürcüstan yüksək liqasında 6-cı turun daha bir oyunu keçirilib.
 
Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” səfərdə “Merani”nin qonağı olub və 2:1 hesabı ilə qələbə qazanıb.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qurbanov komandasının 2-ci qolunun müəllifi olub. 28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə penaltidən fərqlənib. N.Qurbanov qol vurduqdan sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə görə şəhidlərin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.

Qeyd edək ki, bu, Nicatın bu mövsüm çempionatda vurduğu 3-cü qol olub.








Offside