ABŞ-ın “Los Anceles Qalaksi”nin futbolçusu Xavyer Hernandes üçün mövsüm vaxtından əvvəl başa çatıb.
Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu ötən həftə məşq edərkən sağ ayağından zədələnib.
Meksikalı futbolçu ətraflı müayinədən keçib və onun mövsümün geridə qalan hissəsində meydana çıxmayacağı üzə çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə martdan bəri dayandırılan ABŞ MLS-ində mövsüm iki həftə əvvəl fərqli formatda bərpa olunub.