- Offside
- 23:58 22.11.2024
52 nəfərə qarşı dələduzluqda təqsirləndirilən "Bakı MTK"ın rəhbəri Ruhin Əsgərov və onunla birgə ittiham edilən Emil Məhərrəmov və Fərid Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Corner.az-ın Open.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevi sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollrgiyasının hökmünə əsasən Emil Məhhəromov 14 il, Ruhin Əsgərovun isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Fərid Rəhimov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilib və şərti cəza verilib.
Qeyd edək ki,təqsirləndirilənlər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər. İş üzrə ümumi ziyan 3 milyon manatdır. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsini 178.3.2-ci (külli kiqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, bu iş üzrə zərərçəkmişlər arasında Azərbaycanın futbol üzrə milli komandasının kapitanı, hazırda “Səbail” klubunda forma geyinən Rahid Əmirquliyev də var.
Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb.