24 noyabr 2024. Bazar günü

Gənclər və İdman Nazirliyi poster yarışı keçirir


  • Offside
  • 14:34 24.07.2020
  • Oxunma sayı: 345
Gənclər və İdman Nazirliyi poster yarışı keçirir

Gənclər və İdman Nazirliyi gənclər arasında poster (mem) sosial yarışını elan edib.

Nazirliyin mətbuat katibi Samaya Məmmədovanın verdiyi məlumata görə, məqsəd koronavirus pandemiyasının yayılması ilə əlaqədar elan olunmuş karantin rejiminin qaydalarına və əhalinin sanitar-epidemioloji normalara daha cox riayyət etmələridir. Bu addımla daha cox insanın yoluxmasının qarşısnın alınması üçün ictimai nəzarətin və qınağın təşviqi nəzərdə tutulub.

İştirak etmək istəyən gənclər Nazirlər Kabineti yanında Operativ Qərərgahın müəyyənləşdirdiyi qaydalar və koronavirusla bağlı tətbiq edilən normaları nəzərə alaraq öz posterini yaratmalıdır. Posterdə ictimai davranışa riayyət olunması, olunmadığı halda bunun fəsadları, cəmiyyət üçün yaranan təhlükələr və s. mövzuların əhatə edilməsi zəruridir. Poster hərəyə biri olmaqla, JPEG formatda təqdim edilməlidir.  

İştirak etmək istəyənlər öz posterini yaradıb 15 avqusta kimi [email protected] elektron ünvana göndərməlidirlər. Elektron poçta göndərilərkən ad, soyad, mobil telefon qeyd edilməli və şəxs özü barədə qısa məlumatı da əlavə etməlidir.

Təqdim edilmiş şüar və posterlər nazirliyin Facebook səhifəsində yerləşdirləcək və daha cox bəyənmə toplayanlar qalib elan olunacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim ediləcək







Offside