- Offside
- 17:18 23.11.2024
Meksikanın qadın futbol liqasının paytaxt Mexikonun Tauak bələdiyyəsində keçirilən matçı faciə ilə başa çatıb.
Corner.az “Unversal”a istinadən xəbər verir ki, ildırım vurması nəticəsində iki futbolçu ölüb, daha üçü yaralanıb.
Belə ki, oyun güclü yağış səbəbindən yarımçıq dayandırılıb.Beş futbolçu qız stadionda unudulan topu götürmək üçün geri qayıdıb. Bu zaman onları ildırım vurub. Xəsarət alanlar xəstəxanaya çatdırılsalar da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.(qol)